Qız Qalasında nə baş verir?


Online “Manqurtlar” yoxsa…

Dünən 22 may tarixi ölkəmiz üçün əlamətdar günlərdən biri kimi yadda qaldı. Çünki, 22 may  “Eurovision 2012”- nin birinci yarımfinalı keçirildi. Bu bizim üçün sevindirici haldır ki, Azərbaycan Eurovision kimi möhtəbər bir yarışmaya ev sahibliyi edir. İstər yarışmaya hazırlıq vaxtında istərsə də yarışmanın keçirildiyi günlərdə ölkəmizin güclü inkişafının şahidi oluruq.

Lakin hər zamankı kimi ölkəmizin inkişafını qəbul etməyən bir neçə qüvvə vardır. I qrup bizimlə daima düşmənçilik siyasəti aparan mənfur Ermənistan, II- qrup son zamanlar  özünə aid olmayan işlərə burununu soxan, ölkəmin daxili işlərinə qarışan İranı, III- qrup isə ölkənin siyasi sabitliyini pozmaq istəyən bir qrup gənclər “Manqurtlardır”.   Continue reading


Daha bir idmançımız Olimpiadaya lisenziya qazandı

Uğurlu nəticə qadın boksçumuz Yelena Vıstropovadan gəlib.

İdmançılarımız London Yay Olimpia Oyunlarına daha bir lisenziya əldə etdilər.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan boksçusu Yelena Vıstropova Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanaraq Olimpiya oyunlarına vəsiqə əldə edib.

Milli komandamızın üzvü İsveç idmançısı Anna Laurelli üzərində qələbə qazanıb.


Нармин Мамедова Кандидат на пост Председателя Общественного Объединения «Ирели».

Многие участники (а их свыше 24.000 человек) задают друг другу вопросы: а почему Нармин Мамедова должна стать председателем Общественного Объединения «Ирели». Многие не могут на этот вопрос найти должного ответа.

Однако, ответ на этот вопрос довольно очень простой.   И ответ тут не один – их несколько. Прежде всего, Нармин Мамедова не является создателем Ирели.   Её дебют в Общественном Объединении произошёл в начале 2010 года. За столь короткое время она уже успела стать кандидатом на самый главный пост в Общественном Объединении – на пост Председателя «Ирели».     Это уже о говорит о том, что она очень активна во всех направлениях общественной работы, что очень важно для Общественного молодёжного движения. Нармин владеет несколькими иностранными языками и получает высшее образование в 2-х университетах одновременно. На это лишь способны люди, которые могут продвигать команду и движение только в лучшую сторону. За 3 года своей активной работы в «Ирели», Нармин сумела неоднократно достойно представить азербайджанскую молодёжь в своём лице в стране и зарубежом. Нармин Мамедова является кандидатом с высоким потенциалом и сумеет достойно выдвинуть Общественное Объединение «Ирели» на более новый уровень с дальновидными взглядами и успешным будущем.


Flame Towers “Yandı”


Нармин Мамедова – Наш Председатель!

Кандидат на пост Председателя Общественного Объединения «Ирели»

 

- Одна из первых активных участников Общественного движения

- Одна из немногих, сумевших внести свой огромный вклад в развитие ОО «Ирели»

- Делает всё для развития молодёжи Азербайджана в стране и интеграции за

рубежом

- Нармин Мамедова является одной из самых успешных представителей молодёжной

политики Азербайджана за рубежом

- Полная гарантия быстрого развития Общественного Объединения «Ирели» во всех

направлениях в кратчайшие сроки!


İrəli İctimai Birliyinin İdarə heyyəti rəsmi şəkildə fəaliyyətini dayandırdı…

 

16 aprel 2012
“İRƏLİ” İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hal-hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş təşkilatdır. 2005-ci ildə 6 nəfər gənc tərəfindən gənclər hərəkatı kimi təsis olunan “İRƏLİ”nin qısa vaxt ərzində innovativ və kreativ fəaliyyəti cəmiyyətin diqqətini cəlb etmiş, təşkilatın sıralarına minlərlə gəncin qoşulmasına səbəb olmuşdur. Düzgün müəyyən edilmiş strategiya, iş planı sayəsində təşkilatın fəaliyyət radiusu genişlənmiş, kəmiyyət və keyfiyyət göstəriciləri artmışdır.

Genişlənməkdə olan “İRƏLİ”-nin daha peşəkar fəaliyyət göstərə bilməsi üçün 9 Dekabr 2008-ci ildə hərəkatın buraxılması barədə qərar qəbul edilmişdir. 24 Dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birlik kimi yenidən təsis olunmuşdur. Təsis Konfransında Millət vəkili Ceyhun Osmanlı təşkilatın sədri seçilmişdir.

Hal-hazırda “İRƏLİ” yalnız Azərbaycanın deyil, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biridir. Sıralarında 24 000 nəfərdən artıq gənc və 12 təşkilatı birləşdirən “İRƏLİ” insan kapitalına ardıcıl investisiyanı ən effektiv və davamlı inkişaf yolu kimi görür. Təşkilat fəaliyyət göstərdiyi dövr ərzində 750-dən artıq layihə həyata keçirmiş və yalnız 2010 – 2012-ci illər ərzində keçirilən layihələrin benefisiarları 120 000 nəfərdən çox gənc olmuşdur. “İRƏLİ”-nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə etmiş, eyni zamanda 13 xarici ölkədə nümayəndəliklər yaradılmışdır.

5 May 2012-ci il tarixində “İRƏLİ” İctimai Birliyinin nizamnaməsinə əsasən təşkilatın İkinci Hesabat-Seçki Konfransı keçiriləcək. Konfrans Heydər Əliyev adına Respublika Sarayında 1900 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı təqdim olunacaq və dəyərləndiriləcək, təşkilatın yeni loqotipi təqdim olunacaq, növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcəkdir.

“İRƏLİ” İctimai Birliyinin İkinci Konfransının təşkili ilə əlaqədar işçi qrupu yaradılmış və təşkilatın İdarə Heyətinin üzvü Hikmət İsmayılov işçi qrupunun sədri təyin edilmişdir.

Eyni zamanda, 16 Aprel 2012-ci il tarixindən etibarən “İRƏLİ” İctimai Birliyinin bütün strukturlarının təmsilçiləri (İdarə heyəti üzvləri, MTNK, katiblik, mərkəz və layihə rəhbərlərinin) buraxılması haqda qərar qəbul olunmuşdur.

“İRƏLİ” İctimai Birliyinin İkinci Konfransı barədə bütün yeniliklər www.ireli.az/2012 səhifəsində mütəmadi olaraq işıqlandırılacaq.


Cavabsız suallarım…

Günler gelib keçdi ve her şey deyişdi. Amma menim düşüncelerim hele de sual altındadır. Üreyimden keçen duyğular, hissler menden xebersiz öz planlarını hazırlayır, amma men… Men hele de ona qarşı hiss etdiklerimi ne ifade ede bilirem, ne de düşüncelerimi kiminlise bölüşe bilirem. Amma belke de, buna ne vaxtsa son qoyulacaq. Bes o vaxt ne zaman gelecek?
İnsanın öz daxilinde hiss etdiyini deqiqleşdirmesi çox gec olur, bezen ümumilikde bele olmur. Ancaq menim hele de bir ümidim var. Men bilirem ki, gün gelecek ve men cavabı bilinmeyen sualların zencirini qırıb öz xoşbextliyimi tapacam. Lakin bunun ne zaman olacağını da bilmirem. Continue reading


Müasirlik yoxsa əxlaqsızlıq?!(yanaşma)

Bir müddət öncə bir sıra müğənnilərin soyunaraq gündəmə gəlməsi halı ilə tez-tez qarşılaşırdıq. İlk öncə bu hala ciddi rekasia versək də daha sonra öyrəşdik nə qədər olmaya axı XXI əsrdə yaşayırıq. Bu postumda müğənnilər haqqında nə isə yazmaq fikirim yoxdur. Bu dəfə tam fərqli bir sahəyə flashmob sahəsinə nəzər yetirəcəm.
Flashmob nədir?
Flashmob ən müasir terminlərdən biri olub, daha çox internetin yaranmasından sonra meydana gəldiyi düşünülən bir aksiya formasıdır.
İngilis dilindən tərcüməsi “ani kütlə” və ya “toplumun parıltısı” mənalarını verir.
Flashmob bir qrup insanın hansısa ictimai ərazidə qəfildən peyda olub qısa zaman kəsimində qeyri-adi və abstrakt məzmunlu hərəkətlər etməsidir.
Biz bilirik ki, bütün aksiaların məğzində “ağıllı kütle” –
smartmob ideyası dayanır. Lakin 1 aprel tarixində Azərbaycanda Flasmobçuların keçirdiyi aksiyanın məğzində mən smartmob(ağıllı kütlə) ideyasını tapa bilmədim. Əgər bizim flaşmobçular gülüş günü üçün nə isə qeyri adi bir aksia keçirsəydilər daha marağlı olardı. Şalvar soyunma isə yersiz bir aksia idi. Bəlkədə bu aksianı alt paltarı ilə şəhərə çıxaraq etsəydilər  alınardı. Lakin şəhərin mərkəzində dayanaraq şalvar çıxarmaq qeyri etik bir hərəkət hesab edilir….
Biz həmən aksiaya nəzər salsaq görərik ki, Flashmob üçün nəzərdə tutulan qaydalar pozulub. Qaydalardan birisində qeyd olunur ki, “Mobberlərin ciddiliyi və təbiiliyi böyük əhəmiyyət kəsb edir.” Lakin bizim mobberlərə həmən aksiya zamanı baxsaq görərik ki, gülürlər. Daha sonra aksia gülüş hədəfi olmamalıdır. Lakin 1 aprel tarixində keçirilən aksiya həm qınaq həm də gülüş nöqtəsi oldu. “Flashmob özündən əvvəl keçirilən aksiyaları təkrarlamamalı və mümkün qədər original olmalıdır.” Lakin sizin aprel ayında keçirdiyiniz aksiya sizdən əvvəl keçirilmişdir.
Bu qaydaların harada yazıldığını soruşsanız “Smart Mobs: The
Next Social Revolution” kitabını vərəqləməniz kifayətdir.
Son da bir şeyi qeyd etmək istəyirəm ki, flashmob müasirlikdir lakin əxlaqın sıxışdırılması deyil. Sizə aksiya keçirməyin demirik sadecə elə bir aksia keçirin ki, 1 aprel aksiyanız kimi gülüş və qınaq obyekti olmayın. Çalışın kreativ işlərlə seçilin kimlərinsə bir zaman etdiklərini təkraralamaqla yox…..


Mənim bacım Allahın yanına gedib….

 ”Xala, siz də düşünürsünüzki mənim bu kuklanı almağa pulum çatmır?” – deyə məndən soruşdu.. Mən onun pulunu saydım və kuklanın qiymətinə baxıb, “Bəli əzizim, sənin bu kuklanı almağa pulun çatmır” dedim. Uşaq hələ də kuklanı əlində tutub dayanmışdı. Mən alış-veriş edib dükandan çıxmaq istəyəndə yenidən ona yaxınlaşdım. “Sən bunu kimə almaq istəyirsən?” deyə soruşdum.. -”Mənim bacım bu kuklanı çox sevir. İsteyirem onun ad gününə bunu hədiyyə edim..Kuklanı anama vermək istəyirəmki o bu kuklanı bacıma versin.” Bir qədər susdu.. Onun gözləri çox qəmgin idi.. və birdən o yenidən mənə danışmağa başladı..”Mənim bacım Allahın yanına gedib.Mənə atam belə dedi. Atam dediki anam da birazdan gedəcək Allahın yanına. Mən də düşündümki bəlkə anam bacıma bu kuklanı apara bilər.” Mənim ürəyim birdən sanki dayanmağa başladı.. Balaca oğlan mənə baxıb: “Mən atama dedimki, qoyma anam mən gələnə kimi harasa getsin.” Sonra o mənə bir şəkil görsətdi. Orda bütün ailəsi var idi. Hamısı çox xoşbəxt görünürdü. “Mən istəyirəmki anam bu şəkili bacıma aparsın. İstəmirəm ki, bacım məni unutsun.Əslində mən istəmirəmki anam məni burda tək qoysun. Amma atam deyirki o bacımın yanına getməlidir.” – deyib yenidən qəmgin gözləri ilə kuklaya baxdı. Mən tez uşağa baxıb ” Gəl sənin pulu təzədən sayaq. Bəlkə səhv saymışıq?” – dedim. “HƏ! Mən də düşünürəmki mənim pulum çatır bunu almağa” – uşaq sevinclə dedi. Gizlincə pul kisəmdən pul götürüb onun puluna əlavə edib, yenidən pulunu sayıb “Şirinim, sənin pulun bu kuklanı almağa çatırmış. Biz səhv saymışıq.Bağışla məni!”-dedim. Kuklanı almağa pul kifayət edirdi hələ bir qədər də artıq qalırdı. Məni çox kövrəldən bu uşaq göyə baxıb “Çox sağol Allahım! Çox sağolki sən mənə pul verdin, Allahım. Pul verdinki mən bacıma bu kuklanı ala bilim. Çox sağol Allahım” Bu sözləri dedikdən sonra mənə baxıb əlavə etdi: “Mən dünən gecə yatmamışdan qabaq Allaha yalvardımki mənə pul versinki mən bacıma bu kuklanı ala bilim. Allah məni eşitdi! Həm də mən istəyirdimki biraz pulum qalsınki anama 1 qızıl gül ala bilim. Anamın ağ qızıl güldən çox xoşu gəlir.Amma mən Allaha bu haqda heçnə demədim. Amma o mənə yetərincə pul verdiki mən həm də gül ala bilim”. Continue reading


Follow

Get every new post delivered to your Inbox.

Join 1,402 other followers